Polşanın paytaxtı Varşavanın keçirilən Slavyan Ədəbiyyat Festivalının YUNESKO və IWU təsisatları ilə birgə təqdim edəcəkləri Adam Mitskeviç adına Beynəlxalq Mükafatın 18 nəfərdən ibarət nominantlar siyahısı açıqlanıb.
Siyahıda azərbaycanlı yazıçı Varisin də adı var. Həmyerlimiz bu şərəfə ötən ilin sonunda Moskvada işıq üzü görmüş «3+1» audiokitabına görə layiq görülmüşdür.
«3+1» audiokitabı günümüzün hazırkı qaranlığında axtarıb işıq tapanlar barədə psixoloji xarakteristikadır, bir pozitivin üç neqativ üzərindəki qələbəsinin şərhidir. Kitabın leytmotivi isə budur: «İnsan özünün ən güclü zərbələrini yaşadığı zamanın ən zəif vaxtlarına saxlamalıdır».
- Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş rəsm əsərləri nümayiş etdirildi
- "Müəllif özü də nə yazacağını bilməyib" - Hekayə müzakirəsi
- Qıza görə məni işdən qovdular – REPORTAJ
Qeyd edək ki, nominantların hamısı Adam Mitskeviç adına diploma layiq görüləcəklər. Qalib isə baş mükafatı – Mitskeviç medalını qazanacaqdır.