Facebookda Seyid Əzimə qarşı Aşura təxribatı

Facebookda Seyid Əzimə qarşı Aşura təxribatı
5 noyabr 2014
# 11:23

Facebook sosial şəbəkəsində görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin yazdığı iddia edilən “Öküz oğlu” şeiri mövzusuna və üslubuna görə xeyli rezonans doğurub.

Ancaq Şirvani yaradıcılığına bələd olan insanlarda bu şeirin ona məxsus olması ilə bağlı şübhələr yaranıb. Mütəxəssislərin fikrincə, Seyid Əzim belə zəif şeir yazmazdı, bununla yanaşı şeirin dili xeyli müasir, üslubu vulqar və bəsitdir.

Kulis.az insanların marağını nəzərə alaraq məsələ ilə bağlı kiçik bir araşdırma aparıb.

Məlum olub ki, şeirin müəllifi mühacirətdə yaşayan güneyli şair Güntay Gəncalpdır.

Güntay Gəncalp Kulis.az-a verdiyi açıqlamada bildirib ki, bu şeiri Seyidə nəzirə yazıb: “Seyidin "Köpək oğlu" adlı şeiri var. Mən də bu şeirə nəzirə yazmışam və kimsə götürüb Seyidin adı ilə Facebookda yayıb. Bu şeir bloqumda uzun zamandır ki, yayımlanır. Tarixinə baxsanız, görərsiniz ki, mətn 15 yanvar 2013-cü ildə yayılıb. Həm “Köpəkoğlu” şeiri, həm də mənim yazdığım nəzirə”.

Xatırladaq ki, Seyid Əzimin şeiri savadsız din xadimləri, Güntay Gəncalpın nəzirəsində isə, Aşura mərasimini qeyd edən insanlar çox sərt şəkildə tənqid olunur.

# 3239 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #