Vaqif Səmədoğlunun yeni şeiri: “İlahi...”

Vaqif Səmədoğlunun yeni şeiri: “İlahi...”
4 oktyabr 2014
# 22:35

Kulis.Az Vaqif Səmədoğlunun yeni şeirini təqdim edir.

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...

4 oktyabr, 2014, Bakı

# 2310 dəfə oxunub

Müəllifin son yazıları

# # #