Kulis.Az Rəsul Rzanın “Mən zəngin olsaydım” şeirini təqdim edir.
Mən zəngin olsaydım
Məsəla:
- Dram Teatrı ölkəmizi Beynəlxalq festivalda təmsil edəcək
- Rusiyanın Xalq artisti vəfat etdi
- Mayk Tayson türk filminə çəkilmək üçün 350 min avro istədi
bir milyon manatım olsaydı,
ya cənnətə bir başa getməyə
möhürlü mandatım olsaydı.
tərəddüdsüz elan edərdim ki,
kim səni görüb
gecə-gündüz yanmasa,
vüsalının həsrətilə alovlanmasa,
ona verirəm bütün varımı
və cənnətə girmək ixtiyarımı.
İnanıram ki,
sağ-salamat qalardı
bir milyon manatım da,
cənnət qapısını taybatay açan
imzalı, möhürlü mandatım da.
1957