Natiq Hüseynzadə: “Coni” Ən qısa hekayə

Natiq Hüseynzadə: “Coni” Ən qısa hekayə
25 dekabr 2013
# 19:00

Kulis.Az Natiq Hüseynzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Coni” (280 işarə) hekayəsini təqdim edir.

Coni zibili atıb qayıdanda qərar verdi ki, azad olmaq üçün ailəsini atmalıdır. Dostunun evinə köçdü.

Hər gün içki və qızlarla kef edirdi. Ancaq roka qulaq asır, marixuana çəkir və mitinqlərdə fəal iştirak edirdi.

1 il keçdi. Günəşli bir yaz günü idi. Çəhrayı çiçəklər havada uçuşur, Coninin azadlığa çıxmasına isə hələ 1 il qalırdı.

# 1815 dəfə oxunub

Müəllifin son yazıları

# # #