Nicat Cahangirzadə: “Ölü”-Ən qısa hekayə

Nicat Cahangirzadə: “Ölü”-Ən qısa hekayə
25 dekabr 2013
# 14:00

Kulis.az Nicat Cahangirzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ölü” (484 işarə) hekayəsini təqdim edir.

Tanrıya hər gün yalvarırdı. Bircə istəyi vardı. İçindəki “ikinci şəxs” üzə çıxsın. Onu görə bilsin. İçindəki boşluğu 20 yaşlı bədənin neqativ parçası olan ürəyini, bircə dəfə optimist şəkildə görsün.

Pessimist yazıçıların əsərlərindən, esselerindən belə bir cümlə eşitmişdi: “İçimizdə iki insan var: Sonluqları neqativ görən və pozitiv görən.”

Vaxtından əvvəl qocaldığını çox yaxşı bilirdi. Və bir gün Tanrı onu eşitdi. Otaq işıqlandı, pəncərədən otağa nur saçıldı. Nurun üzərində xəstə görünən yaşlı bir kişi içəri daxil oldu. İlk kəlməsi isə bu idi: “Mən ölmüşəm”

# 1478 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #