Səbuhi Hüseynov: "Həqiqət" Ən qısa hekayə

Səbuhi Hüseynov: "Həqiqət" Ən qısa hekayə
24 dekabr 2013
# 18:00

Kulis.Az Səbuhi Hüseynovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Həqiqət” (313 işarə) hekayəsini təqdim edir.

...Doğuldu, yaşadı, nələr üçünsə mübarizə apardı, öldü. Son dəfə ona ümid veriləndə "artıq çox gecdir",- dedi, ağlamsındı. Ölümü belə qəddar və zamansız bilmirdi. Həmişə o ağlatmışdı, başqalarını acizliyə itələmişdi. İndi isə ölümün əlində aciz qaldı. Həyatın bu qədər qısa, insan oğlunun bu qədər fani olduğunu yalnız o zaman anlamışdı. Ancaq çox gec idi, çox gec...

# 2095 dəfə oxunub

Müəllifin son yazıları

# # #