Elşən Yusibov: “İnqilab”-Ən qısa hekayə

Elşən Yusibov: “İnqilab”-Ən qısa hekayə
24 dekabr 2013
# 15:00

Kulis.az Elşən Yusibovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “İnqilab” (479 işarə) hekayəsini təqdim edir.

– Napaleon bilirsən nə deyib, Əziz?

– Nə deyib, qardaş? –əlindəki stəkanı stolun üstünə qoyub divana söykəndi.

– Bir pis lider iki yaxşı liderdən daha yaxşıdır.

Bunu deyib Bəxtiyar belindəki “Makarov”u çıxarıb dostunun başına tuşladı.

– Bu, axmaqlıqdır! Sən hər şeyi məhv edərsən!

– İnqilab artıq baş tutub, bundan sonrasını isə mən özüm bacararam!

– Boş-boş danışma! Hər kəsin yaxın silahdaşa ehtiyacı var!

– Mən hər kəs deyiləm!

Azərbaycanın bundan sonrakı çiçəklənməsini 40 yaşına dünən keçmiş Əziz görməyəcəkdisə də, inqilab artıq əbədi səadətdən bəhs edirdi.

# 1705 dəfə oxunub

Müəllifin son yazıları

# # #