Türkay Bayramlı: “Yuxu” -Ən qısa hekayə

Türkay Bayramlı: “Yuxu” -Ən qısa hekayə
23 dekabr 2013
# 19:00

Kulis.Az Türkay Bayramlının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yuxu” (478 işarə) hekayəsini təqdim edir.

Yuxudan qalxanda həycanlıydım. Bu gün illərdir virtual danışdığım, üzünü görmədiyim biri ilə görüşəcəkdim. 3-də İçərişəhərdə görüşəcəkdik. Evdən tez çıxdım, 3-də metronun qarşısındaydım. Ürək döyüntülərim artırdı.

Bu an orta yaşlarında bir baxımsız xanım yaxınlaşdı.

- Salam, Bağışlayın. Narxoza necə gedə bilərəm?

İçimdən “oh” dedim:

- İrəlidə İcra Hakimiyyətindən sonrakı binadır.


Az keçmişdi ki, çiynimdən biri əli ilə vurdu. Geri çevrildim. O, idi, bunu hiss edə bilirdim. Gülmsədi. Gecəyə qədər şəhəri gəzdik. Gördüyüm yuxumu, hələ də unutmamışam.

# 1439 dəfə oxunub

Müəllifin son yazıları

# # #