Eltac Zeynalov: “Yenilik”-Ən qısa hekayə

Eltac Zeynalov: “Yenilik”-Ən qısa hekayə
22 dekabr 2013
# 10:00

Kulis.az Eltac Zeynalovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yenilik” (423 işarə) hekayəsini təqdim edir.

Növbəti sabah oldu. Bu dəfə onu qardaşı oyatmışdı. Paltarını geyindirib, arabasına otuzdurdu. Arabanı sürərək mətbəxə getdi. Əlini-üzünü yuyub quruladıqdan sonra süfrəyə gəldi. Nənəsinə “Sabahın xeyir” deyib qarşılığında: - hər vaxtın xeyir, nənən qurban cavabını aldı.

Sonra çayını süzüb şirin etdikdən sonra qarşısına qoydu. Səhər yeməyini yedikdən sonra kompüter masasına yaxınlaşıb işinə başladı. Beləcə hər günü bu şəkildə bitirdi. Görəsən bir gün yenilik olacaqdımı onun həyatında?

# 2477 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #