Sadıq Məmmədli: "Ayrılıq" - Ən qısa hekayə

Sadıq Məmmədli: "Ayrılıq" - Ən qısa hekayə
21 dekabr 2013
# 23:00

Kulis.az Sadiq Məmmədlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ayrılıq” (476 işarə) hekayəsini təqdim edir.

Ömrünü başa vurmadan yaralanmış sevgi kəpənəyi Ellad, motor səsi gələn aralığın qarğabazarından artıq hissə təki qopdu. Döngənin düz ağzındakı maşınından Timatinin mahnısı eşidilən yaşlı taksi sürücüsündən şəhərkənarına gedən birmanatlıq taksilərin harada dayandığını soruşdu; sürücü qısqanclıqla sağ tərəfi göstərib, “Sola burul” dedi və əlini yola paralel əyib, əlavə etdi: “Düz düş”. Yola düşən Ellad döngənin o biri tinindəki, əsən yarpaqları tozdan solmuş söyüdün yanından ötdü və əlini ipək saçlarına - başının ortasından, alnına doğru - çəkdi.

# 1962 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #