Gülər Qasımova: “Telefon”-Ən qısa hekayə

Gülər Qasımova: “Telefon”-Ən qısa hekayə
17 dekabr 2013
# 17:00

Kulis.Az Gülər Qasımovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Telefon” (302 işarə) hekayəsini təqdim edir.

Lənkəranlı 15 yaşlı Xəyalə əlini böyüməkdə olan qarnına qoyub, ərinin hədiyyəsi olan, qayınanasının “şad xəbərlər eşidəsən” deyib verdiyi ilk telefonunu açdı. Həyatında ilk dəfə bir nömrəni-ərini yığdı.

Uzun çağırışdan sonra telefonu açan kobud kişi səsi dedi: nömrənin sahibi xəstəxanaya gedəndə yolda keçindi. Çatdıra bilmədik. Başınız sağ olsun.

# 2411 dəfə oxunub

Müəllifin son yazıları

# # #