Samirə Əşrəf: “İki nəfər” Ən qısa hekayə

Samirə Əşrəf: “İki nəfər” Ən qısa hekayə
16 dekabr 2013
# 17:00

Kulis.Az Samirə Əşrəfin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “İki nəfər” (478 işarə) hekayəsini təqdim edir.

Meşənin sonuna çatanda, iki nəfər qalmışdıq. Mən və tibb bacısı. Onun sevgilisi ötən ilin yazında minaya düşüb ölmüşdü.

Əsgərlərin ondan xoşu gəlirdi. Mənim də...

Sakitcə yanımda əyləşib dedi:

-Yəqin bizi öldürəcəklər.

-Yəqin... Qorxursan?

Cavab vermədi. Rəngi ağarmışdı. Xəfifcə titrəyib mənə qısıldı. Mən də onu qucaqlayıb özümə tərəf sıxdım. Bir az toxdayan kimi oldu. Sonra atəş səsləri eşidildi...

Özümə gələndə köksümdəki sızıltıya həzin bir ağırlıq qarışmışdı. Onun zərif bədəni cansız halda sinəmin üstünə düşmüşdü. Gözlərimi yumub ölmək istədim.

# 3735 dəfə oxunub

Müəllifin son yazıları

# # #