Asiman Tağılı: “Məktub” - Ən qısa hekayə

Asiman Tağılı: “Məktub” - Ən qısa hekayə
15 dekabr 2013
# 17:00

Kulis.Az Asiman Tağılının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Məktub” (497 işarə) hekayəsini təqdim edir.

- Gecələr yuxuma gəlsən nə olar ki? – öz-özünə sayıqlayırdı. Tüfeyli həyat yaşayan gənc.

Qapı döyüldü. Poçtalyon məktubu tükdən sifəti görünməyən cavan oğlana verdi. Məktubda:

“1 il olur artıq ayrılmışıq, ancaq nə sən, nə də mən heç bir cəhd etmədik barışmaq üçün. Səni bilmirəm, ancaq mən artıq xoşbəxt həyata qədəm qoymuşam həyat yoldaşımla. “Gecələr yuxuma gəlsən nə olar ki?” onu tanıdığım gündən məni ona bağlayan bir cümlə... Sənə də xoşbəxt olmağı və məni unutmağı arzu edirəm.

İngiltərədən, köhnə tanış Leyla.”

Oğlan məktubu cırır, yuyunur və 1 ildən sonra işıqlı həyata çıxır...

# 3879 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #