Yazıçılar Birliyinin evlərindən xəbər var

Yazıçılar Birliyinin evlərindən xəbər var
28 mart 2013
# 17:14

Azərbaycan Yazıçılar Birliyinin (AYB) ev siyahısında olan şəxslər onlara verilmiş mənzilləri hələ də sata bilməyib.

Bu barədə Kulis.Az-a adı ev siyahısında olan, ancaq adının açıqlanmasını istəməyən bir neçə şair və yazıçı məlumat verib.

Onların dediyinə görə, mənzillərin veriləcəyi ünvanda tikinti işləri tam başa çatmadığından satılma prosesi ləngiyir.

Mənzilləri satmaq üçün əvvəlcə Yazıçılar Birliyində müvafiq komissiya yaradılması təklif edilib, ancaq sonradan qərara alınıb ki, bu işi yazıçı və şairlərin özlərinin həyata keçirməsi daha məqsədəuyğundur.

Kulis.az məsələni dəqiqləşdirmək məqsədilə Yazıçılar Birliyinin mənzil komissiyasının sədri Rauf Aslanovla əlaqə saxlayıb.

Rauf Aslanov deyib ki, onların vəzifəsi mənzilləri müqavilə əsasında yazıçılara paylamaqdır və bu vəzifəni yerinə yetiriblər: “Biz bundan sonrasına qarışmırıq”.

Xatırladaq ki, təxminən bir il bundan əvvəl Yazıçılar Birliyinin ev siyahısı açıqlanıb. Qərara alınıb ki, dörd şəxsə bir mənzil verilsin və mənzillər satılaraq pulu dörd şəxs arasında bərabər bölünsün.

# 2313 dəfə oxunub

Müəllifin son yazıları

# # #