"Ağabəyim ağa Cavanşir" kitabı çap olundu

"Ağabəyim ağa Cavanşir" kitabı çap olundu
26 fevral 2019
# 10:05

Tanınmış yazıçı Mehriban Vəzirin "Ağabəyim ağa Cavanşir" kitabı çapdan çıxıb.

Kulis.azın verdiyi xəbərə görə, müəllif əsərini oxuculara bu cür təqdim edib:

"Qarabağ tariximizin və mədəniyyətimizin mühüm bölgəsidir. Qarabağ həm Turanın, həm İranın tarixidir, eləcə də Turanın və İranın düyün nöqtəsi olan Azərbaycanın tarixidir. Qarabağ xələflərimin, həm də mənim tariximdir. Ağabəyim ağaya həsr etdiyim bu əsərdə Qarabağ xanlığının quruculuğunda iştirak etmiş, bu yolda şəhid olmuş, üç əsrlik soyadımı dövlət rütbəsindən aldığım ulu babam Vəzir Mirzə Əliməhəmməd ağanı və oğullarını da xatırladım.

Onlar da Qarabağ şəhidləri və qaziləridir."

# 2940 dəfə oxunub

Müəllifin son yazıları

# # #