“Gülüstan” romanının imza günü keçirildi - FOTO

“Gülüstan” romanının imza günü keçirildi - FOTO
5 dekabr 2015
# 22:30

Bu gün saat 18-də “Qanun” Nəşrlər Evinin Fəvvarələr bağında təşkil etdiyi yarmarka çərçivəsində yazıçı Şərif Ağayarın “Gülüstan” romanının imza günü keçirilib.

Kulisin verdiyi xəbərə görə, tədbir canlılığı və səmimi ortamı ilə maraq doğurub.

Tədbirdə tanınmış yazıçılar, mətbuat nümayəndələri və sadə oxucular iştirak ediblər.

Xatırladaq ki, “Gülstan” romanı müasir tematikası və çağdaş nəsr prinsiplərinə uyğun işlənməsi ilə diqqətəlayiqdir.

Ş.Ağayar Kulisə açqılamasına kitabın geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına inandığını bildirib və ilkin reaksiyalardan məmnun qaldığını deyib. Kitabı çap edən “Qanun” Nəşrlər Evinin rəhbədi Şahbaz Xuduoğlu da imza mərasimindən razı qaldığını söyləyib.

# 1052 dəfə oxunub

Müəllifin son yazıları

# # #