Nurəddin Ədiloğlu: "Daş" Ən qısa hekayə

Nurəddin Ədiloğlu: "Daş" Ən qısa hekayə
26 dekabr 2013
# 10:00

Kulis.Az Nurəddin Ədiloğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Daş” (361 işarə) hekayəsini təqdim edir.

Arvad kişiyə dedi:

- Haranın daşını başına salırsan sal, amma evə çörək gətir.

Kişi məscidə gəldi. Dizini yerə atıb üzünü göyə tutdu:

- Allah, əl məndən, ətək səndən, ya başıma daş sal, ya da bir parça çörək ver, aparım evə.

Bu zaman başına bir kərpic düşdü.

- Bir aydı çörək istəyirəm, vermirsən, bir dəfə daş istədim, nə tez verdin.

Gedəndə ayağı döşəməyə ilişdi, üzüqoylu yerə yıxıldı.

Bu dəfə hündürdən:

- Əşi, itələmə, gedirəm də!

# 2991 dəfə oxunub

Müəllifin son yazıları

# # #