Əfsanə Əliyeva: "Dilənçi" Ən qısa hekayə

Əfsanə Əliyeva: "Dilənçi" Ən qısa hekayə
24 dekabr 2013
# 14:00

Kulis.Az Əfsanə Əliyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Dilənçi” (478 işarə) hekayəsini təqdim edir.

Hər gün bir neçə dəfə enib qalxdığım pilləkənin axırıncı pilləsində yaxşı qaraldılmış ayaqqabısı, ütülü paltarı olan bir əmi dayanırdı. Onun işi yoldan keçənlərə əl açmaqdan ibarət idi. Hər kəs bu əminin ovcuna qəpik atırdı. Əmi də bu qəpikləri onun yan-yörəsində hərlənən başqa bir əminin cibinə atırdı.

Bu əminin işi səhər saat 8-də hamı işə-gücə gedən vaxt başlayırdı. Mən qayıdana kimi də bitirdi.

Bir-iki həftə idi ki, əmini görmürdüm. Deyəsən özünə daha yağlı yer tapıb.

Bir-iki gün də keçdi. Əminin durduğu yerdə elan yapışdırılmışdı. “Kirayə yer verilir”.

# 3809 dəfə oxunub

Müəllifin son yazıları

# # #