Gülnarə İlham: “Yalquzaq”-Ən qısa hekayə

Gülnarə İlham: “Yalquzaq”-Ən qısa hekayə
24 dekabr 2013
# 16:00

Kulis.az Gülnarə İlhamın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yalquzaq” (281 işarə) hekayəsini təqdim edir.

Bütün canlılar məhv olurdu. Çox ac idi. Kəndə tərəf qaçdı. Yem tapdığına sevindi. Amma fikrindən daşındı. Qurd yeganə sağ qalan canlını yesə tək qalacaqdı. Tənhalıqdan qorxurdu...

Fəhlələr evdən ikinəfərlik çarpayını sürüyüb çıxarırdılar. O, divardan asılmış şəklə baxıb ağlayırdı. Tənhaların çarpayısı birnəfərlik olur...

# 2508 dəfə oxunub

Müəllifin son yazıları

# # #