Sənan Səfərov: «Cənnət» - Ən qısa hekayə

Sənan Səfərov: «Cənnət» - Ən qısa hekayə
21 dekabr 2013
# 21:00

Kulis.az Sənan Səfərovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Cənnət” (407 işarə) hekayəsini təqdim edir.

Boğazında kəndir, ayaqlarının altında stul. Bir zərbə qədər yaxın idi ona ölüm. Bu fahişəxanadan qurtulmaq üçün stola bir təpik vurdu. Amma stul tərpənmirdi. Təəccüb doğurdu onu. Axı niyə mən ölə bilmirəm? Əyildi aşağı baxdı. Onun doğduğu, böyütdüyü bir yaşlı körpəsi stuldan bərk yapışmışdı. Elə bil hər şeyi hiss və dərk edirdi, gözlərindən sanki "sən kimsə üçün bir fahişə ola bilərsən amma mənim üçün anasan" cümləsi oxunurdu. Cənnət bu an özü ananın ayaqları altına gəlmişdi.

# 1784 dəfə oxunub

Müəllifin son yazıları

# # #