Əhməd Bağırov: “Xilas - Ən qısa hekayə

Əhməd Bağırov: “Xilas - Ən qısa hekayə
21 dekabr 2013
# 08:00

Kulis.Az Əhməd Bağırovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Xilas” (475 işarə) hekayəsini təqdim edir.

Beş yaşı yenicə tamam olmuş Musa babasının yataqda ağrıdan sızlamasının tez-tez şahidi olurdu. Valideynlərinin babası haqqında olan söhbətlərindəki "Kaş vaxtı geri qaytara biləydik, onda kişiyə yaxşı baxardıq" sözləri onun ağlına batmışdı. Bu səhər babasının naləsinin artdığını görən Musa qonaq otağına qaçdı. Divar saatını aşağı endirdi və əqrəblərini geri çəkdi, böyük həyəcanla valideynlərinin yanına qaçdı.

- Baxın, vaxtı geri çəkmişəm. Babam sağalacaq!

Səhəri gün ailənin ən yaşlı üzvü zamanın mövcud olmadığı bir yerə - əbədiyyətə qovuşmuşdu.

# 1747 dəfə oxunub

Müəllifin son yazıları

# # #