Vüsal Hacıyev: "Təsadüf" Ən qısa hekayə

Vüsal Hacıyev: "Təsadüf" Ən qısa hekayə
17 dekabr 2013
# 19:00

Kulis.Az Vüsal Hacıyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Təsadüf” (401 işarə) hekayəsini təqdim edir.

Sinifdə mənlə eyni il, ay və gündə dünyaya gələn 20 uşaq vardı. Nə atamız, nə anamız bir idi. Amma, hər birimiz Əhməd kişini tanıyırdıq. Otağımda Əhməd kişinin yasında gələn atamla anamın qırmızı kərpicli fonda təsadüfi çəkilmiş şəkli vardı. Bu cür təsadüfi şəkil hamımızda atamızdan qalan tək xatirə idi.

Bu gün də Sədrəddin kişi vəfat etmişdi. Kəndimiz qürbətdən dönən, dilimiz isə dönməyən əmi, dayı, atalarla dolu idi. Yenə qırmızı kərpicli fonda şəkillər çəkilirdi...

# 3343 dəfə oxunub

Müəllifin son yazıları

# # #