Nəsimi Nəbizadə: "Cavabsız sual"-Ən qısa hekayə

Nəsimi Nəbizadə: "Cavabsız sual"-Ən qısa hekayə
16 dekabr 2013
# 18:00

Kulis.az Nəsimi Nəbizadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Birka” (484 işarə) hekayəsini təqdim edir.

Anamın sandığını heç vaxt da ağzı bağlı görməmişik. Amma mən, bacım və qardaşım heç vaxt o sandığa yaxın getməz, açmazdıq.

Bu yaxınlarda bacım bizə gəlmişdi, evimizi yığıb-yığışdırmaq üçün. Əlimiz dinc durmadı, anamızın sandığını açdıq.

İçindən onun özünə aid olan əşyalardan başqa, bizim ilk dəfə ANA sözünü yazmağı öyrəndiyimiz birinci sinif dəftərlərimiz və o vaxt doğum evlərində uşaqlar dəyişik düşməsin deyə çarpayılarına vurulan 11, 7 və 3 nömrəli "birka"lar çıxdı.

Dəftərlərimizin üzərində adımız yazılıb, amma “birka”ları bilmirik hansı hansımızındı...

# 4973 dəfə oxunub

Müəllifin son yazıları

# # #