Etibar Salmanlı: “Atəş”-Ən qısa hekayə

Etibar Salmanlı: “Atəş”-Ən qısa hekayə
16 dekabr 2013
# 12:00

Kulis.az Etibar Salmalının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Atəş” (487 işarə) hekayəsini təqdim edir.

31 Dekabr David və İlse Hitlərdən qaçan 768 mühacirlə “Müqəddəs torpaqlara” aparan Struma gəmisində nişanlarını edirdilər.

O günlərdə, sovet sualtı gəmisinin kapitanı Denezko bir əlində vodka, digər əlində Stalinin “Struma ən tez müddətdə vurulmalıdır” əmrini oxuyurdu.

O günlərdə İlse “Müqəddəs torpaqlarda” doğulacaq uşağının adını düşünürdü.

Və o gün kapitan Denezko Strumanı hədəfə alan kimi atəş əmri verdi.

Və 24 fevralda İlse bətnindəki uşaqla Qara dənizin sularına qərq oldu, Struma və 768 nəfər ilə.

Kapitan Denezko isə Stalinin əmri ilə mayor rütbəsini aldı.

# 3885 dəfə oxunub

Müəllifin son yazıları

# # #