Əkrəm Əylisli əleyhinə etiraz aksiyası

Əkrəm Əylisli əleyhinə etiraz aksiyası
31 yanvar 2013
# 16:10

Bakıda xalq yazıçısı Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yazıçının “Daş yuxular” romanına etiraz əlaməti olaraq Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının üzvləri, bir qrup tələbə Ə. Əylisinin yaşadığı binanın qarşısına toplaşıb. Onlar “Ölkədən cəhənnəm ol!”, “Erməniyə niyə uydun?!”, “Erməni Əkrəm, çıx ölkədən!” və s. şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları Ə. Əylislinin şəklini, romanın adı yazılan plakatları yandırıblar.

Polis aksiyaya müdaxilə etmir.

# 2763 dəfə oxunub

Müəllifin son yazıları

# # #