Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Kulis.azın AzərTaca-a istinadən verdiyi xəbərə görə, Prezidentin növbəti sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə də fəxri adlar verilib. Fəxri adların arasında yazıçı-jurnalist Varis Yolçuyev də var. O, “Əməkdar jurnalist” adına layiq görülüb.