Aqşin Babayev: "Vətən" Ən qısa hekayə

Aqşin Babayev: "Vətən" Ən qısa hekayə
24 dekabr 2013
# 12:00

Kulis.Az Aqşin Babayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Vətən” (468 işarə) hekayəsini təqdim edir.

Qonşum dənizdən tutduğu balıqlardan üçünü mənə gətirmişdi. Kapron torbaya əl vuranda balıqlardan biri çabaladı. Oğlum sevindi.

- Gəl bu balığı dirildək, ata.

Qabın içərisinə su töküb balıqları oraya saldıq.

- Diriləcək !

Bunu oğlum deyirdi. Ölməyən balığın quyruğundan yapışıb silkələdi.

Balığın üzgəcləri bir də tərpəndi. Sonra dayandı.

- Nə oldu, ata ? Dirilməyəcək ?

- Onu dənizdən, yurdundan ayırıblar, oğlum. Vətənindən ayırıblar. Vətənsiz yaşamaq olmur.

Oğlum heyrətlə balığa baxırdı, balıq da Vətən həsrətindən daşlaşmış gözlərilə bizə.

# 1878 dəfə oxunub

Müəllifin son yazıları

# # #