Əli Əsgərli: “Əsəb” - Ən qısa hekayə

Əli Əsgərli: “Əsəb” - Ən qısa hekayə
21 dekabr 2013
# 22:00

Kulis.az Əli Əsgərlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Əsəb” (493 işarə) hekayəsini təqdim edir.

İşdən qovulmuş bir ata, daxmasının köhnə qapısının önündə gözləyirdi. Çox əsəbi idi. Bu an pəncərədən baxan kiçik qızın sevinc dolu mavi gözləri, ona yeni vəfat etmiş həyat yoldaşını xatırlatdı. Atasını görən qız, qapını açdı və onu qucaqlamağa tələsdi. Lakin, atası onu itələyib, əsəbi halda – bir saatdır qapını döyürəm, niyə açmırsan? – soruşanda, qızcığazın üz ifadəsi dəyişdi. Sualına cavab almayan ata daha da əsəbləşdi və yüksək səslə, - eşitmirsən? Cavab ver! – dedi. Mavi gözlər yaşla doldu. Uşaq qorxa-qorxa əli ilə qulağını göstərdi. Ata qızının kar olduğunu unutmuşdu.

# 3550 dəfə oxunub

Müəllifin son yazıları

# # #