Kamran Su: «İstintaq» Ən qısa hekayə

Kamran Su: «İstintaq»  Ən qısa hekayə
17 dekabr 2013
# 16:00

Kulis.az Kamran Sunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Istintaq” (356 işarə) hekayəsini təqdim edir.

- Hə, de görək sənin idarəmizə səbəbi-ziyarətini nəyə borcluyuq?

- Dedilər qızı döymüşəm...

- Döymüsən?

- Sadəcə o yadımdadır ki, o sifətini əllərimə çırpırdı.

- Hardan tanıyırdın o qızı?

- Metroda tanış olmuşduq. Dırnaqları xoşuma gəlmişdi, deyib duruxdu. Öz çirkli, uzun dırnaqlarına baxıb, bilirsiz məndə uşaqlıqdan dırnaq fetişizmi var. Sonradan biləndə ki, dırnaqlarını “Nizami” metrosundan 50 qəpiyə alıb...

# 3268 dəfə oxunub

Müəllifin son yazıları

# # #