Şekspirə ilham vermiş Azərbaycan şairi

Şekspirə ilham vermiş Azərbaycan şairi
10 iyun 2013
# 10:16

“Euronews” telekanalı "Azərbaycan həyatı" ("Azerbaijan life") buraxılışı çərçivəsində Gəncə şəhərindən reportaj hazırlayıb. Kulis.Az-ın məlumatına görə reportajda XII əsrdə yaşamış böyük Azərbaycan şairi Nizami Gəncəvi barədə xüsusi bəhs olunub: “Şeirləriylə Vilyam Şekspirə ilham verən şairin izlərinə, yaşadığı şəhərin hər küçəsində rast gəlmək mümkündür. Nizaminin qəbri 1600-cü illərin əvvəllərində tapılıb. O gündən bu yana şeir həvəskarlarının onun məzarına axını davam edir”.

Şeirlətini farca yazan, romantik fars ədəbiyyatında ən böyük epik şair olaraq təqdim edilən Nizaminin “Leyli və Məcnun”u ilk dəfə məsnəvi formasında qələmə aldığı, yazdıqlarıyla Qərb və Şərq ədəbiyyatında bir çox sevgi hekayələrinə ilham verməsi də qeyd olunub.

Qeyd edək ki, "Azərbaycan həyatı" buraxılışında ölkəmizlə bağlı silsilə süjetlər hazırlanır.

# 2313 dəfə oxunub

Müəllifin son yazıları

# # #