Mişel Uelbekin yeni romanı çap olunub

Mişel Uelbekin yeni romanı çap olunub
26 oktyabr 2019
# 12:30

Mişel Uelbekin yeni romanı dünya dillərində yayılmağa başlayıb.

Kulis.az-ın ruis mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın Corpus nəşriyyatı Mişel Uelbekin çoxdan gözlənilən yeni “Serotonin” romanını dərc edib.

Uelbek bu dəfə romanında itirilmiş sevgi, peşmanlıq haqdayazmaqla hər kəsi təəccübləndirib. Yeni kitab Kənd təsərrüfatı idarəsində olan 46 yaşlı funksionerdən bəhs edir. O sevdiyi qadınla ayrılıq yaşayır və fransız fermerlərinin iflasını müşahidə edə-edə bu faciəni şəxsi peşəkarlıq böhranı kimi qəbul edir. Sarsılmış kişi depresiyadan qanda “Xoşbəxtlik hormonu” adlandırılan serotinin artırılmasını nəzərdə tutan preparat qəbul etmək qərarına gəlir. Amma bu dərman olduqca bahalıdır.

Fransanın ən böyük milli qəzetlərindən olan “Liberation” romanı belə şərh edir: “Serotonin” Uelbekin ən heyrətamiz romanı deyil, amma ən ürəkçarpıcıdır”

Xatırladaq ki, fransız şairi və yazıçısı Mişel Uelbek “Elementar hissəciklər”, “Platforma”, “Adanın imkanı”, “Sədaqət” dünyəvi bestsellerlərin müəllifidir. Qonkur ədəbiyyat mükafatına layiq görülüb.

# 2734 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #