Tofiq Abdin haqqında kitab çap olundu

Tofiq Abdin haqqında kitab çap olundu
19 iyun 2019
# 18:40

Yazıçı Orxan Aras Azərbaycanın mərhum şair və publisisti Tofiq Abdin haqqında kitab yazıb.

Kulis.az-ın verdiyi xəbərə görə, "Pem" nəşriyyatında çıxan kitab "Bu dünyadan sən də keçdin, Tofiq Abdin" adlanır və kitabda Tofiq Abdinin həyatı, yaradıcılığı barədə fikirlər, onun haqqında yazılar yer alıb.

Kitabda Tofiq Abdin haqqında Anar, Sabir Rüstəmxanlı, Aqil Abbas, Rəşad Məcid, Yusif Rzayev, Akif Qəhrəmanlı, Azər Abdulla, Şakir Yaqubov, Abdülhamit Avşar, Fəxri Uğurlu, Fəthi Gədikli, Elçin İskəndərzadə, Məzahir Əhmədoğlu, Nemət Veysəlli, Saday Budaqlı, Sevinc Mürvətqızı, Cavid Zeynallı və başqa müəlliflərin yazıları dərc olunub.

# 2846 dəfə oxunub

Müəllifin son yazıları

# # #