Əməkdar artist Yaqub Zurufçu Kanadanın Toronto şəhərində konsert proqramı ilə çıxış edəcək.
Bu barədə APA-ya Yaqub Zurufçu özü məlumat verib: “Kanadada şimaldan və cənubdan çoxsaylı soydaşımız yaşayır və mədəni fəaliyyət göstərir. Belə cəmiyyətlərdən biri Azərbaycan mədəniyyətinə 40 ildən artıq xidmətlərimə görə mənim şərəfimə fəxri gecə təşkil edib. Konsert 2018-ci ilin yanvarın 1-də keçiriləcək”.
Sənətçi qeyd edib ki, ötən il də Kanadada konsert proqramı ilə çıxış edib və Ontario ştatının Təhsil Naziriliyi tərəfindən fəxri diplomla təltif edilib.
- Pantomima Teatrındakı mənimsəmə ilə bağlı yeni qərar
- 10 ay əvvəl o yolda toy karvanımız düzülmüşdü – Şəhid xanımından ürək parçalayan yazı
- Dənizi dəlitək sevənlər - Yeni şeirlər
Qeyd edək ki, konsert gecələri silsilə xarakter daşıyacaq. Y. Zurufçunun Torontodan sonra Los-Anceles, Hyuston, Vaşinqton, London və Bakıda da konsertlər olacaq.