Professordan maraqlı ədəbiyyat təklifi

Professordan maraqlı ədəbiyyat təklifi
25 avqust 2016
# 12:25

Professor Qorxmaz Quliyev öz Facebook səhifəsində ədəbiyyat nəzəriyyəsi ilə bağlı yazılacaq dərsliklər üçün maraqlı təklif verib. Qeydi olduğu kimi təqdim edirik.

“Mən gələcəkdə yazılacaq (yazılacaqmı?) ədəbiyyat nəzəriyyəsi üzrə dərsliyin yaradılması metodologiyası ilə bağlı bir mülahizəmi bölüşmək istərdim. Hər şeydən əvvəl ədəbiyyat nəzəriyyəsi üzrə tədqiqat və dərslik iki fərqli prinsip əsasında yaradılmalıdır. Ədəbiyyat nəzəriyyəsi ilə bağlı tədqiqatda müəyyən nəzəri müddəaya münasibət bidirilməlidir və "bə qədri-qüvvə" tədqiqatçı bu və ya digər nəzəri problemə öz münasibətini ifadə etməli, müstəqil konsepsiyasını ortaya qoymalıdır. Bu isə tədqiqatçının orijinal düşüncələrinin xüsusi çəkisinin böyük olması deməkdir. Ədəbiyyat nəzəriyyəsi üzrə dərslik isə praqmatik səciyyə daşımalıdır. Amerikalı filosof U.Ceyms praqmatizmi hoteldə koridora bənzədirdi. Bu koridorda müxtəlif nömrələrə çəkilmiş konsepsiyalar görüşüb müxtəlif problemlərlə bağlı dərdləşmək, mübahisə etmək, razılığa gəlmək, yaxud öz fikrində qalmaq imkanı əldə edirlər. Ceymsin fikrincə hər bir konsepsiya onda yetərli hesab oluna bilər ki, öz nömrəsindən çıxıb başqaları ilə görüşdə öz real dəyərini, praktikliyini sübuta yetirə bilsin. Dərslik də praqmatik koridor prinsipi əsasında qurulmalıdır: müəllif (əslində tərtibatçı!) müxtəlif konsepsiyaları sistemləşdirməli, onların praqmatik koridora çıxıb görüşməsinə - savaşmasına, bir araya gəlməsinə maksimum imkan yaratmalıdır. Eyni zamanda müəllif müzakirə olunan problemlərlə bağlı mövqeyini maksimum gizlətməlidir. Yalnız bu halda tələbədə nəzəri müddəalara müstəqil, həm də yaradıcı münasibət formalaşdırmaq mümkündür.”

# 1562 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #