Ramiz Qusarçaylı ilə görüş keçiriləcək

Ramiz Qusarçaylı ilə görüş keçiriləcək
25 fevral 2016
# 10:48

Fevral ayının 27-i və 28-də şair Ramiz Qusarçaylı ilə Bakıda görüş keçiriləcək. Bu barədə Kulisə məlumat verən şair bildirib ki, söz adamlarının, dostlarının əhatəsində olacağı üçün sevinclidir.

Hüseyn Cavid ədəbi məclisinin təşkil etdiyi tədbir 27 fevral saat 12:00 da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçiriləcəkdir. Ünvan belədir: Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllə. VHP -nin binasının 6-cı mərtəbəsinin akt zalı (Xətai metrosu istiqaməti, Azər-Türk Bankının yanı).

İkinci görüş isə fevralın 28-i saat 11:00-da Yasamal rayonu, 286 saylı orta məktəbin tədbir zalında keçiriləcəkdir. Məlumat üçün bildirək ki, 286 saylı məktəb “İnşaatçılar” metrosunun yaxınlığında yerləşir.

Məlumat üçün bildirək ki, hər iki tədbirə giriş sərbəstdir.

# 1187 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #