Bomjların ev telefonu var-taksafonlar

Bomjların ev telefonu var-taksafonlar
30 noyabr 2015
# 16:21

Bu gün bir şeyi anladım, şair...

Bomjların ev telefonu var-taksafonlar...

Yataqları dayanacaq oturacaqları, skamyalar...

Bir də yarıda qoyduğum adamları xatırladım...

Nankor olur insanlar...

Yadımdaykən deyim, şair,

Bayaq ürəyimi ağrıdan axsaq iti elə ayağından vurdular,

Ancaq indi bunları düşünmürəm mən,

İndi martini içir, siqaret çəkirəm...

Və anlayıram ki, bomjların telefonuna pulsuzluqdan yox,

Allahdan və şeytandan ümidlərini üzdüklərindən zəng gəlməz...

Anlayıram ki, yarıda qoyduğum adamlar kimi,

Yarımçıq oxuduğum kitabların ahı tutur məni,

Şair, küçə itləri kimi bizi də ağrıyan yerimizdən vurdular...

# 1408 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #