Bu gün “Doqquz hekayə”nin imza günüdür

Bu gün “Doqquz hekayə”nin imza günüdür
5 iyun 2015
# 10:22

Bu gün “Yeraltı Book Cafe & Book Store”-da “Doqquz hekayə” kitabının imza günü keçiriləcək. Kulisin məlumatına görə imza günü 17:00-dan 21:00-a qədər davam edəcək.

“Yeraltı Book Cafe & Book Store” İSR Plazanın arxası, Tolstoy küçəsi 153, məktəblə üzbəüzdə yerləşir. Ünvan üçün 055-576-68-63 nömrəsinə, Qurban Məmmədliyə zəng vura bilərsiniz.

Qeyd edək ki, “Doqquz hekayə” yazıçının ikinci nəsr kitabıdır. Kitabda son illərdə yazılan hekayələr toplanıb. Mövzu və forma baxımından rəngarəng olan yeni nəşrə Qan Turalının “Prokurorun üç günü” adlı detektiv hekayəsi də daxil edilib.

“Doqquz hekayə” mərhum yazıçı Rafiq Tağının xatirəsinə ithaf olunub.

# 1001 dəfə oxunub

Müəllifin son yazıları

# # #