Xanəmir Telmanoğlunun imza günü olacaq

Xanəmir Telmanoğlunun imza günü olacaq
4 iyun 2015
# 15:53

5 iyun saat 17: 00-da Xanəmir Telmanoğlunun “Maqlar” kitabının təqdimatı olacaq. Kulisin məlumatına görə mərasim “Kitabevim” mağazasında keçiriləcək.

Kitabın annotasiyasında deyilir: “Azərbaycanda ilk dəfə ezoterik prozanın bədii incəliklərini özündə əks elətdirən gerçək bir nəsr nümunəsiylə üz-üzəsiniz. Yazar bu əsərində insan, cəmiyyət, tarix, mədəniyyət üçgənində bəşəriyyətin kosmik tələbatının planetdə təzahürünü qəribə çalarlarla mətnləşdirib. Azərbaycanda gedən proseslərin metafizik boyutlarını açıb. Əsərin əsas bədii məziyyətlərindən biri də odur ki, böyük Nizami Gəncəvinin “Xəmsə” sistemindən istifadə olunaraq araya-ərsəyə gətirilmişdir. Bu kitabın çağdaş Azərbaycan ədəbiyyatında geniş müzakirələrə və polemikalara səbəb olacağı inancındayıq”.

Ünvan: 28 May metrosu, Dəmir yol xəstəxanasının yanı: AK centr2-ci mərtəbə.

# 1615 dəfə oxunub

Müəllifin son yazıları

# # #