Cahan Azər: "Bilirəm" Ən qısa hekayə

Cahan Azər: "Bilirəm" Ən qısa hekayə
24 dekabr 2013
# 13:00

Kulis.Az Cahan Azərin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bilirəm” (499 işarə) hekayəsini təqdim edir.

Balaca, ona toxunma, o çirklidir.

Ruhun sənə toxunmaq istəyən o uşaq qədər təmizdir. Üzün yoxdur, sadəcə için var. Amma için o qədər çox dərd gömməyə qadirdir ki, min insan üzünə dəyər. Nəfəs ala bilmirsən bilirəm, bir, iki, üç. Dayanmadan çoxalırlar. Bilirəm kağız istəyirsən, alma çubuğu istəyirsən, qoxumuş əti belə sevə-sevə qəbul etməyə hazırsan, amma onu yox... bilirəm. Biz hər siqaret çəkərkən dərdlərimizdən azad olduğumuzda o, öz təmiz azadlığını bizim siqaretlərimizdə gömür. Qorxma, bu dəfə sənin bağrına od basmağa gəlmirəm, səni bağrıma basmağa gəlirəm, qoca külqabı...

# 1769 dəfə oxunub

Müəllifin son yazıları

# # #