Adil Mirseyidin ailəsinə ev verildi

Adil Mirseyidin ailəsinə ev verildi
19 iyul 2017
# 18:41

Bu gün jurnalistlər üçün tikilən binadan mərhum şair, esseist, rəssam Adil Mirseyidin ailəsi də mənzillə təmin olunub.

Kulis.azın APA-ya istinadən verdiyi məlumata görə, jurnalistlər üçün tikilən binadan dünyasını dəyişmiş dörd jurnalistin ailəsi məzillə təmin olunub. Onların arasında şair-publisist Adil Mirseyidin də adı var.

Xatırladaq ki, Adil Mirseyid 2014-cü ildə vəfat edib. O, qaraciyər serrozundan əziyyət çəkirdi. Tanınmış şairin uzun illər mənzil şəraiti yaxşı olmayıb.

# 1474 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #