Kənan Hacı Elçinə açıq məktub yazdı

Kənan Hacı Elçinə açıq məktub yazdı
11 noyabr 2016
# 17:41

Azərbaycan Respublikası Baş Nazirinin müavini Elçin Əfəndiyevə

Hörmətli Elçin müəllim!

Xəstəliyimlə bağlı qələm dostum Alpay Azərin sizə müraciətini müsbət cavablandırdığınız üçün, mənə göstərdiyiniz diqqət və qayğı üçün öz adımdan və Alpayın adından Sizə sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm!

Sizin köməkliyinizlə Azərbaycan Respublikasının səhiyyə naziri cənab Oqtay Şirəliyev mənim sağlamlığıma qovuşmağım üçün lazımi yardımı göstərdi və yaxın günlərdə müalicə prosesinə başlanılacaq. Bir daha Sizə və Cənab Oqtay Şirəliyevə bu diqqət və qayğıdan dolayı təşəkkürlərimi bildirirəm!

Hörmətlə,

Kənan Hacı

11.11.16

# 1153 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #