Məşhur əsərlər neçə yaşda yazılıb? SİYAHI

Məşhur əsərlər neçə yaşda yazılıb? SİYAHI
4 noyabr 2015
# 17:00

Yazıçılar onları dünyada tanıdan, oxuculara sevdirən əsərlərini hansı yaşda yazıblar? Kulis siyahını təqdim edir.

Nizami Gəncəvi 20 yaş, “Sirlər xəzinəsi”

Migel de Servantes 68 yaş, “Don Kixot”

Daniel Defo 59 yaş, “Robinzon Kruzo”

Conatan Svift 60 yaş, “Qulliverin səyahəti”

Viktor Hüqo 60 yaş, “Səfillər”

Onore de Balzak 35 yaş “Qorio ata”

Qustav Flober 35 yaş, “Madam Bovari”

Mixail Lermontov 26 yaş, “Zəmanəmizin qəhrəmanı”

İvan Turgenyev 44 yaş, “Atalar və oğullar”

Fyodr Dostoyevski 45 yaş, “Cinayət və cəza”

Lev Tolstoy 41 yaş, “Hərb və sülh”

Cəlil Məmmədquluzadə, 28 yaş, “Danabaş kəndinin əhvalatları”

Ceyms Coys 38 yaş, “Uliss”

Marsel Prust 56 yaş, “İtmiş zamanın sorağında”

Frans Kafka 32 yaş, “Çevrilmə”

Tomas Mann 26 yaş, “Buddenbroklar”

Cek London 33 yaş, “Martin İden”

Uilyam Folkner 32 yaş, “Hay-küy və hiddət”

Erix Mariya Remark 47 yaş, “Zəfər tağı”

Alber Kamyu 29 yaş, “Yad”

Corc Oruell 46 yaş, “1984”

Ernest Heminquey 53 yaş, “Qoca və dəniz”

Cerom David Selincer 32 yaş, “Çovdarlıqda uçurumdan qoruyan”

Rey Bredberi, 33 yaş, “Farengeyt 451”

Fransuaza Saqan 19 yaş, “Salam, qüssə!”

Günter Qrass 32 yaş, “Tənəkə təbil”

Qabriel Qarsiya Markes 39 yaş, “Yüz ilin tənhalığı”

Mario Varqas Lyosa 27 yaş, “Şəhər və itlər”

Salman Rüşdi 34 yaş, “Gecəyarı uşaqları”

Orhan Pamuk 38 yaş, “Qara kitab”

# 1227 dəfə oxunub

Müəllifin son yazıları

# # #