Gəmilər üzər gedər-Vıstoskinin şeiri

Gəmilər üzər gedər-<span style="color:red;">Vıstoskinin şeiri
5 may 2015
# 10:09

Kulis Zülfüqar Rüfətoğlunun tərcüməsində Vladimr Vısotskinin “Gəmilər üzər gedər...” şeirini təqdim edir.

Gəmilər üzər gedər,

Və qayıdar sahilə.

Mən də gedib gələrəm,

Uzağı yarım ilə...

Yaxşı dost, vəfalı yar,

Qorx ki, getsə qayıtmaz,

Mən bəxtə inanmıram,

Özümə ondan da az...

Gələrəm yarım ilə,

Deməyin ki, “qayıtmaz”,

Yarımca il gözləyin,

Bəlkə lap ondan da az.

Və mənim qayıdışım

Yeni nəğmə olacaq,

Gəmiləri yandırmaq -

Günaha yazılacaq

# 1047 dəfə oxunub

Müəllifin son yazıları

# # #