Nizami Kino Mərkəzində autizm gecəsi

Nizami Kino Mərkəzində autizm gecəsi
15 aprel 2015
# 12:52

Nizami Kino Mərkəzində “ Dünya Autizm Maarifləndirmə” ayı çərçivəsində tədbir keçirilib. Mərkəzdən Kulisə verilən xəbərə görə, aprelin 14 –də “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimayi Birliyi Nizami Kino Mərkəzinin dəstəyi ilə “Dünya Autizm Maarifləndirmə” ayı çərçivəsində tədbir və film nümayişi keçirib.

Mövzuyla bağlı çıxış edən, Azərbaycan Respublikasının insan hüquqları üzrə Ombudsman aparatının nümayəndəsi Müqalib Mahmudov, Sağlam və Birgə İctimai Birliyin sədri Aytən Qasımova-Eynalova, Hacı Nuran Hüseynov və digər tədbir iştirakçıları Azərbaycanda autizm sindromlu uşaqlara Dövlət qayğısı göstərilməsindən, əlaqədar layihələrin hazırlanmasından, və autizm sindromlu uşaqların sosiallaşması üçün görülən işlərdən danışıblar.

Çıxışlardan sonra, Oskar, "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülmüş rejissor Barri Levinsonun "Yağış adamı" filmi nümayiş edilib.

Tədbirin sonunda, “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimayi Birliyinin sədri Elnur Məmmədli göstərdikləri dəstəyə görə Kinomərkəzin əməkdaşlarına təşəkkür etdi.

Bu sırada kinomərkəzin əməkdaşları da belə tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını bildiriblər.

# 1248 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #