Xatirəylə başlayır ölümün əlifbası…

Xatirəylə başlayır ölümün əlifbası…
12 dekabr 2014
# 14:28

Kulis.az şair Mətləb Ağanın yeni şeirini təqdim edir.

***

Yağış kəsdi deyəsən,

küçələr də susdular...

işıqlar yenə bir-bir

gecəyə uduzdular...

…stol üstündə şəklin

düşüb üz üstə qalıb...

otaqda nəfəsindən

hələ də isti qalıb...

…yəqin sən də bilirsən;

üç gün, beş gün…bitəcək …

sonra eyni şey olur,

ya adam ol, ya böcək…

…tökülür üst- başından

sonda illərin pası…

xatirəylə başlayır

ölümün əlifbası….

…bu gün bağışlanarsan,

sabah əfv öyrənərsən…

o verdiyim kitabı

hərf-hərf öyrənərsən…

# 1109 dəfə oxunub

Müəllifin son yazıları

# # #