Eyvaz Əzimov: “O”-Ən qısa hekayə

Eyvaz Əzimov: “O”-Ən qısa hekayə
24 dekabr 2013
# 15:00

Kulis.az Eyvaz Əzimovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “O” (481 işarə) hekayəsini təqdim edir.

Noyabr gecəsiydi, ağır addımlarla evinə doğru yönəlməkdəydi, soyuq meh və dəniz dalğalarının səsi fonunda daha da qüssələnmişdi O. Bir qədər irəlilədikdən sonra qarşısından qol-boyun halda iki sevgili keçdi və o, bir anlıq dayandı və gözlərini yumdu-qadından ayrılan ətir burnuna dolmuşdu. Bu “Chanel” ətriydi, eynən 7 il əvvəl ilk dəfə görüşdüyü gün, ən böyük məhəbbətini yaşadığı qadından gələn ətriydi bu ətir. Dondu sanki bir neçə dəqiqə, yanağından yaş süzüldü qeyri-iradi olaraq, sonra yolu keçib-marketə girdi, tünd bir içki alıb-küçəyə doğru tələsdi...

# 1712 dəfə oxunub

Müəllifin son yazıları

# # #