Müşfiq Şükürlü-Ada-Ən qısa hekayə

Müşfiq Şükürlü-Ada-Ən qısa hekayə
17 dekabr 2013
# 13:00

Kulis.Az Müşfiq Şükürlünün “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ada” (492 işarə) hekayəsini təqdim edir.

Qədim dövrlərdə qoca bir dəniz var idi. Dəniz əsrlər boyu enli saqqalını sahildəki nəhəng qayalara çırpıb böyümüşdü. Adanın ortasında isə yoğun gövdəli ağaclardan balaca, yığcam bir ev tikilmişdi. Evdə cavan bir oğlan yaşayırdı. Onu dəniz doğmuşdu. Səmadan dənizin bətninə qovuşub göylərdən uzaqlaşan bir insan nə zamansa su pərisi ilə görüşdü...

Sonra cavan bir oğlan torpağa sarı yaxınlaşdı və dəniz onu adaya atdı. Dəniz onu uşaqlıqdan bəslədi və bir gün ona balıq qadını verdi. Balıq bəzən oğlanı sevdi, bəzənsə dənizi. Qadın səmaya qovuşmaq üçün oğlanın ölümünü gözlədi...

# 2026 dəfə oxunub

Müəllifin son yazıları

# # #