Yaşar Bünyad: "Qar" Ən qısa hekayə

Yaşar Bünyad: "Qar" Ən qısa hekayə
17 dekabr 2013
# 11:02

Kulis.Az Yaşar Bünyadın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qar” (489 işarə) hekayəsini təqdim edir.

İtlər hürüşdü...

Arvad-uşağı mizin altında gizlədib kürkünü geyib ləmpəni söndürdü. Beşaçılanı qapıb çıxdı. Qar hələ yağırdı...

Tanklar uğuldayır, bələdçi erməninin xırıltılı səsi gəlirdi. Bir həyətdə yaşadığı qardaşını haylamadı; iki gecəydi yuxusuzdu.

“Axır ki əlləri çatdı, namərdlərin”, - deyib, tövlənin üstünə çıxdı. Kürkünü altına sərib mövqe tutdu. Damdakı paslı su çəni atəş açmağa mane olacaq.

İtlər zəncir çeynəyirdi...

Yerini dəyişməkçin cəld ayağa qalxdı. Part... part...

Atəş arxadan açıldı. Kürəyi yandı. Döndü.

- Qardaş?!

- Qar – daaş !

Qar qızardı...

# 2150 dəfə oxunub

Müəllifin son yazıları

# # #