Boğazımda bir dəstə gül idi sükut

Boğazımda bir dəstə gül idi sükut
8 oktyabr 2013
# 10:07

Yədulla Röyayi 1932-ci ildə İranda anadan olub. Müasir fars şeirinin nümayəndələrindəndi. Kulis.Az Elşən Böyükvəndin tərcüməsində Röyayinin iki şeirini təqdim edir.

Sükut


Boğazımda bir dəstə gül idi sükut
Sənin açıq gözlərin
Və öpüşümün əsintisi idi
Sahilin şərqisi
Dənizlərdə külək quşu
Yüzlərcə səsin yuvasında didərgin idi
Dənizlərdə quş
Yorğun idi
İldırımın islaq səsi
Və işıq, ildırımın nəmli işığı
Sularda
Dəniz odu ilə parlayan bir ayna çəkdi
Öpüş əsintisi

Açıq gözlərin və külək quşu alovlandılar
Boğazımda
Bir dəstə gül idi sükut

Çılğın Bahar

Səninlə
Ağaca dırmaşan bir çılğındır bahar
Dırmaşır
Küləyə qədər
Küləklə, ağacdan yuxarı düşürəm

# 2255 dəfə oxunub

Müəllifin son yazıları

# # #